Afrikanı vəba epidemiyası bürüyüb - SOS
ABŞ hərbi əməliyyata başladığını elan edib
Rusiya Kiyevə hücum edib
İcra başçısı sakinlərini məhkəməyə verib
Bakı metrosunda tüstüləmə olub
Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO


15.04.2023  10:18 

Bu kolbasa və sosiskalarda da nöqsanlar aşkarlandı - SİYAHI/YENİ





A+  A-

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsulları ilə bağlı aşkarlanmış yeni uyğunsuzluqlarla bağlı məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, məlumatda bildirilib ki, AQTA tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir. Belə ki, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 5 məhsulda (4-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (9-u kolbasa, 7-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Bəzi məhsulların laborator sınaqları aparılmaqla yanaşı, bu sahədə monitorinqlər davam etdirilməkdədir.

AQTA bildirir ki, nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.

Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan 6 istehsalçı müəssisədə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilib. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edilmiş məhsulların dövriyyədən çıxarılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, 1 müəssisənin ("Sevilən Ad" MMC) istehsal fəaliyyəti dayandırılıb, 4 məhsulun istehsalı qadağan edilib, sözügedən müəssisələrin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. AQTA tərəfindən digər müəssisələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalar davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində sınaq nəticələri uyğun olan məhsullarla bağlı geniş məlumat veriləcəkdir.

AQTA istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda, dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.

Məlumat üçün bildiririk ki, sınaq nəticələri cədvəldə qeyd edilən məhsul partiyalarına şamil edilir.

Sınaq nəticələrində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyaları və istehsalçıları ilə bağlı məlumatla aşağıdakı cədvəldən tanış ola bilərsiniz:





Xəbər 2748 dəfə oxunub.




14.11.2025  10:07 

Rusiya Kiyevə hücum edib

14.11.2025  09:52 

Bakı metrosunda tüstüləmə olub

13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü


BÜTÜN XƏBƏRLƏR +