Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


14.11.2021  10:31 

“Əli Abbasova hissə də ayırmışdım, haram xoşu olsun”





A+  A-

"Əli Abbasov məndən pul istəyib, amma razılaşmadığıma görə "Catel” şirkətinə hücum təşkil edib".

XəzərNews.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya "Catel” şirkətinin keçmiş prezidenti Sadiq Hümmətov deyib. Onun sözlərinə görə, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova bir milyon dollar rüşvət verməsi həqiqətəuyğun deyil:

"Bu iddiada heç bir məntiq yoxdur. Əvvəla, Əli Abbasova bir milyon dollar vermişdimsə, niyə "Catel” şirkətinə hücum edildi? İkincisi, bir milyon dolları iddia edildiyi şəkildə vermək fiziki cəhətdən mümkün deyil? Üçüncüsü, Sadiq Hümmətov pul verib, sonra da hər yerə car çəkib ki, hər kəs bu faktı bilir?

Başqa bir məqamı da diqqətinizə çatdırım. Mən amerikalılarla işləyirdim. Onlar isə rüşvətlə iş görmürlər. İndi belə çıxır ki, amerikalılar Əli Abbasova rüşvət verib? Bu sadəcə absurddur. Əslində "Catel” şirkətinə hücumların arxasında məhz rüşvət verməkdən imtina etməyim dayanırdı”.

"Catel”in keçmiş prezidenti şirkətə hücumlar barədə də danışıb:

"Bu hücumların arxasında Əli Abbasov və ləğv edilmiş MTN-nin keçmiş rəhbərliyi dayanırdı. Hadisə 2008-ci ildə baş verib. Mən Əli Abbasova hissə də ayırmışdım, haram xoşu olsun. Amma o əlavə pul da istəyirdi, həm də çox istəyirdi. Razı olmadım deyə 2008-ci ildə 50-yə yaxın şəxs şirkətin ofisinə faktiki olaraq hücum etdi. Onların arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyindən olan adamlar da var idi. Baş verənlərin arxasında isə şəxsən Əli Abbasov dayanırdı. Təbii ki, MTN də buna dəstək verirdi. Düzdür, bu faktı etiraf etmədilər. Amma bilirdim ki, bu belədir. Hadisədən sonra mən şirkətdən ayrıldım. Elə o gedən getdim. Yoxlamalar da apardılar, heç nə tapa bilmədilər. Yaxşı olardı ki, Əli Abbasov "Catel”in milliləşdirilməsi prosesindən danışsın. Orada hansı məbləğdə yeyintilərin olduğunu açıqlasın. Onu da qeyd edim ki, Əli Abbasov barəsində yazılanların demək olar ki, hamısı doğrudur”.

Xatırladaq ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun həbsinə hazırlıq getdiyi barədə məlumat yayılıb. Həmin məlumatlarda keçmiş nazirin qanunsuz əməlləri, rüşvət və korrupsiya əməliyyatları barədə iddialar yer alıb. İddialardan biri də Sadiq Hümmətovun Əli Abbasova bir milyon dollar "hədiyyə” etməsi barədədir.

Xəbər 4665 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +