Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb


03.02.2021  16:48 

Elektron qolbaq zədələndikdə ziyanı onu gəzdirən şəxs ödəyəcək





A+  A-

Nazirlər Kabineti tərəfindən “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası”na dair izahat verilib.
XəzərNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Fərmanla Nazirlər Kabinetinə ictimai işlər növündə cəza çəkən və ya inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə etmə qaydasının müəyyən edilməsi tapşırılıb.

Adıçəkilən Qaydalara əsasən:

- İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslər üçün təqdim olunan elektron nəzarət vasitəsi onların müəyyən edilmiş vaxt ərzində ictimai işlərin yerinə yetirilməsi yerlərində olmasını avtomatlaşdırılmış rejimdə izlənilməsini təmin edir.

- Nəzarət vasitəsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında icra məmuru tərəfindən təqdim olunur. Elektron nəzarət vasitəsi nəzarət subyektinə təqdim edilməmişdən əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalıdır. Nasaz vəziyyətdə olan nəzarət vasitəsi nəzarət subyektinə təqdim edilə bilməz. İstifadə olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə icra məmuru nasaz avadanlığa baxış keçirməli və onu müvafiq qaydalara uyğun olaraq yenisi ilə əvəz edir. Elektron nəzarət vasitəsi onu gəzdirən şəxs tərəfindən zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

- Şəxslər elektron nəzarət vasitəsindən istifadə etməkdən imtina etdikdə, onu zədələdikdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün məhkəməyə təqdimat verilir və ya inzibati xəta haqqında protokol təqdim edilir.

- Elektron nəzarət vasitəsinin nəzarət subyektinin üzərində olmasını yoxlamaq məqsədilə monitorinq mərkəzinin dispetçeri həmin cihaza əl-barmaq izinin təsdiqlənməsi ilə bağlı sorğu göndərir.

Xəbər 3607 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +