Afrikanı vəba epidemiyası bürüyüb - SOS
ABŞ hərbi əməliyyata başladığını elan edib
Rusiya Kiyevə hücum edib
İcra başçısı sakinlərini məhkəməyə verib
Bakı metrosunda tüstüləmə olub
Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO


03.08.2017  11:49 

“Bunu törədən insan ola bilməz” - Millət vəkili





A+  A-

“Xəbərin dəhşətindən çox sarsılmışam. Sanki əlim-ayağım buz bağlamışdı. Bunu törədən insan ola bilməz. Bir vəhşidir vəssalam...”
XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə yazıb. Culfada 4 yaşlı qızın zorlanmasını dəhşət adlandıran deputat bu hadisəni törədənin ömürlük həbsdə qalmalı olduğunu vurğulayıb:

“Ölüm hökmünün ləğvinin tərəfdarlarından olmuşam və tərəfdarlarından biriyəm. Amma bu üçüncü dəhşətli hadisədir ki, “kaş ölüm hökmü olsaydı”- demişəm. Yəni o qədər dəhşət içindəyəm. Bu cür bir neçə rəzil, vəhşi məxluqların üzündən bir çox insan kiçik yaşlı övladı üçün səksəkə içərisində yaşayır. Valideynləri, bütün insanları uşaqlardan daha çox muğayat olmağa, diqqətli olmağa çağırırıq. Bu cür manyak ruhun sahiblərinə qarşı uşaqları daha yaxşı qoruya bilmək üçün bütün cəmiyyət olaraq səylərimizi, işləri, çalışmaları artırmalıyıq.

Bu adam bəhs etdiyimiz hadisədən öncə də qeyri-normal həyat yaşayıb, içki aludəçisi olub, bir neçə gün əvvəl anası döyüb kimi məlumatlar yayılır mətbuatda. Ona görə də, ətrafda bu cür həyat yaşayan insanlara qarşı, onları normal, sağlam həyata döndərmək üçün işlər, tədbirlər artmalıdır. Heç bir nəticə olmadıqda, bu cür əməlləri davam etdirdikləri halda isə onları cəmiyyətdən uzaq tutmağın yolları düşünülməlidir. Hər birimiz özümüzü o körpənin ailəsinin yerinə qoyaq. O günahsız balanın yaşadığı və gələcəkdə həyatına təsir edə biləcək travmaları isə düşünmək belə insana acı verir.

Məktəblərdə, bölgələrdə gənclərə böyük insani dəyərlər, əxlaq normaları haqda daha çox danışmaq, psixoloji dəstək layihələrini artırmaq lazımdır. Televiziyalarda mənəvi yüksəlişə təsir edən proqramlar daha da artmalıdır. İndi şou verlişlərə deyil, bu cür verlişlərə ehtiyacı var cəmiyyətin. Gənclər arasında spirtli içkilərin içilməsinə qarşı ciddi mübarizə aparaq dediyimdə o dəqiqə bəzi sosial şəbəkə istifadəçiləri "Qənirə xanım siz lap dindar kimi danışırsınız" deyə yazdı. Bunun nə əlaqəsi var axı. Bəzi mövzularda fikirləri başqa yerlərə çəkmək lazım deyil.

Hər birimiz ətrafımızda baş verənlərə diqqətli olmalı, laqeyid yanaşmamalı,"mənə nə" deməməliyik. O gözəl bala bizim də balamızdır. Bu dəhşəti törədən "insan" isə layiq olduğu cəzanı cəkməlidir ki bu cür manyak ruha sahib olanlara ağır bir dərs olsun!”

Xəbər 3200 dəfə oxunub.




14.11.2025  10:07 

Rusiya Kiyevə hücum edib

14.11.2025  09:52 

Bakı metrosunda tüstüləmə olub

13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü


BÜTÜN XƏBƏRLƏR +