Toy karvanında “avtoş“luq: Yola pul səpdilər
Kənd təsərrüfatında hədəflərə nail olunmayacaq?
Afrikanı vəba epidemiyası bürüyüb - SOS
ABŞ hərbi əməliyyata başladığını elan edib
Rusiya Kiyevə hücum edib
İcra başçısı sakinlərini məhkəməyə verib
Bakı metrosunda tüstüləmə olub
Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı


19.07.2017  12:17 

“Qarabağ” Azərbaycanın xalını artırdı





A+  A-

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.
XəzərNews.az xəbər verir ki, ölkəmiz bu siyahıda bir pillə irəliləyişə nail olub. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qarabağ" növbəti oyununu keçirdi. Belə ki, ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı ilə cavab matçına çıxan təmsilçimiz 1:0 hesabıyla qalib gəldi. Bu qələbə həm mövqeyimizin, həm də ölkəmizin xal ehtiyatının yaxşılaşmasına səbəb olub.

Ağdam klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırdı. Hazırda UEFA reytinqində 55 ölkə arasında 21-ci pillədəyik. Azərbaycanın hesabında 16.625 reytinq xalı var. Onun 1.875 xalı (0.750 "İnter", 0.500 "Qarabağ", 0.500 "Zirə", 0.125 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Xəbər 3154 dəfə oxunub.




14.11.2025  10:07 

Rusiya Kiyevə hücum edib

14.11.2025  09:52 

Bakı metrosunda tüstüləmə olub

13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib


BÜTÜN XƏBƏRLƏR +