“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


22.11.2025  12:48 

Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı





A+  A-

"Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürdülər. Həmin anda nə baş verdiyini bilmədik, düşündük ki, alov ətrafı bürüyəcək”.

XəzərNews.az xəbər verir ki, bunu “Trend”ə dünən axşam saatlarında Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə deyib.

O qeyd edib ki, evi binanın 12-ci mərtəbəsində yerləşir: “Hadisə baş verəndə 5-ci mərtəbəyədək özümüz düşdük, daha sonra tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə - yuxarı qayıtdıq”.

Sakinin sözlərinə görə, tüstüdən qorunmaq üçün evin qapısını yaş dəsmallarla izolyasiya ediblər: “Yanğının mənbəyi restoran olub. 2010-cu ildən binada yaşayıram. “Loft” restoranı 2 il öncə burada açılıb. Restoran sahibi binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Yanğın təhlükəsindən əlavə, hər gün 5-ci mərtəbəyə qədər səs-küy, musiqi səsi gəlir”.

Heydər Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibrid maşınların elektrik doldurma dayanacağını quraşdıraraq generatoru zirzəmidə yerləşdirib: “Üç gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə adamı döyüblər”.

Qeyd edək ki, ötən gün baş verən yanğında 3 nəfər həyatını itirib. 27 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Hazırda 7 nəfərin müalicəsi davam etdirilir.

Xəbər 1933 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +