“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


19.11.2025  10:07 

Mədəniyyət Nazirliyi araşdırmaya başladı





A+  A-

Bir sıra incəsənət nümayəndəsinin dövlət tədbirlərinə dəvətlərdə şəffaf seçim mexanizmini iddia etməsi ilə yaranmış qalmaqal bitmək bilmir.

XəzərNews.az İTV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, illərdir bu siyahıda eyni adlar olur.

Etirazçılardan biri olan Təranə Mahmudova bildirib ki, uzun illərdir caz vokalla məşğul olan müğənni kimi heç bir dövlət tədbirinə dəvət almır:

“Artıq neçə ildir ki, caz vokalla məşğul olan bir musiqiçi kimi heç bir dövlət tədbirində yoxam. Ümumiyyətlə, Azərbaycanı təmsil etmək istəyirəm. Neçə dəfə müraciət etmişəm, caz konsertlərimin olduğunu söyləmişəm. Dünyanın məşhur müğənnilərini bura dəvət etmişəm. Mənim hazır qrupum da var. Azərbaycanımızı təmsil edə bilərəm”.

Kamança ifaçısı Şəhriyar Musayev isə, "Bu altı ay ərzində bizdən izahatlar götürüldü. Tək mən deyiləm, bir çox ifaçılar. Pərviz Qasımov, Almaxanım özü, bir çox sənətçilər dəvət olundu. Bizimlə daxili nəzarət şöbəsi əlaqə saxladı. İzahatlar alınsa da, çox təəssüf ki, altı ay ərzində nəticəsiz qaldı", - deyə vurğulayıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, yayılan iddialarla bağlı araşdırmalar aparılır.

Xəbər 829 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +