Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


24.06.2022  09:00 

“ASAN xidmət”in nümayəndə heyəti Gürcüstanda olub





A+  A-

20-21 iyun tarixində Tbilisidə keçirilən “Rəqəmsallaşmada Dövlət Yanaşmaları” mövzusunda seminarda iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Gürcüstana səfər edib.

XəzərNews.az xəbər verir ki, seminar Astana Dövlət Xidməti Mərkəzi və Koreya Respublikasının müvafiq qurumlarının iştirakı ilə 2021-ci ildə birgə həyata keçirilən “İdarəetmədə innovativ bacarıqların inkişaf etdirilməsi və dövlət xidmətlərinin rəqəmsallaşdırılması” layihəsi çərçivəsində reallaşdırılıb.

Seminarın əsas məqsədi qeyd olunan ölkələrdən olan dövlət qulluqçuları və ekspertlərin öz ölkələrində rəqəmsal strategiyanın uğurlu tətbiqində istifadə etdikləri dövlət yanaşmaları, bilikləri paylaşmaq və təcrübə mübadiləsi aparmaqdır.

Seminar çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti “ASAN xidmət” və rəqəmsal hökumət sahəsində ölkəmizdə görülən işlərlə bağlı tədbir iştirakçılarına məlumat verib.

Xəbər 1581 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +