Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


14.10.2021  17:10 

Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı VƏFAT ETDİ - FOTO





A+  A-

Ukrayna və Rusiya opera müğənnisi, SSRİ Xalq artisti Bela Rudenko dünyasını dəyişib.

XezerNews.az xəbər verir ki, bu barədə rusiyalı tənqidçi Andrey Plaxov feysbukda yazıb.

Sənətkar 88 yaşında Moskvada vəfat edib.

Qeyd edək ki, B. Rudenko 1933-cü il avqustun 18-də Ukrayna SSR-in Luqansk vilayətinin Bokovo-Antratsit qəsəbəsində (indki Antratsit şəhəri-red.) anadan olub. Dünyanın bir çox ölkələrində çıxış edən opera müğənnisi 1992-ci ildə karyerasına son qoyub. 1995-1999-cu illərdə Moskva Böyük Teatrının opera truppasının bədii rəhbəri olub. 1977-2017-ci illərdə Moskva Dövlət Konservatoriyasında dərs deyib, 1989-cu ildə təhsil müəssisəsinin professoru olub. 1960-cı ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb.

İki dəfə ailəli olub. Rudenkonun birinci həyat yoldaşı Ukrayna SSR mədəniyyət nazirinin müavini Vladimir Yefremenko, ikinci həyat yoldaşı isə Azərbaycan SSR Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub. Opera müğənnisinin birinci nikahından Yekaterina adlı qızı, ikinci nikahından isə Teymur adlı oğlu var. Sonuncu Rusiyanın Əməkdar artistidir, hazırda bizneslə məşğul olur.





Xəbər 2018 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +