Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


15.03.2017  17:03 

“ASAN”da işə düzəlmək üçün mütləq könüllü olmalıyıq? - Açıqlama





A+  A-

“ASAN Xidmət”ə iş üçün CV göndərmək istəyən bir gənc maraqlı məqamla qarşılaşıb.
XəzərNews.az xəbər verir ki, saytın asankadr.az bölməsinə daxil olan vətəndaş “portalda CV yerləşdirmək üçün ilk növbədə “ASAN xidmət” mərkəzində könüllülük təcrübəsi keçmək və ya “Baki 2015” İlk Avropa Oyunları könüllüsü olmaq lazımdır” şərtinin olduğunu görüb. Könüllü olmağın şərt kimi vurğulanması isə onda bir qədər çaşqınlıq yaradıb.

ASAN Xidmətin Mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O, qeyd edib ki, bu, könüllülərin layihəsidir, yəni indiyə qədər “ASAN Xidmət”də könüllü olmuş gənclərlə bağlı yaradılmış portaldır: “Hər hansı şirkət işə gənc kadr götürmək istəyirsə, həmin portala daxil olub qeydiyyatdan keçməklə ASAN könüllərinin tərcümeyi-halı ilə tanış olur. Məsələn, elə şirkətlər var ki, onlar gənc kadrları işə götürmək istəyirlər. Bu zaman saytda qeydiyyatdan keçmək lazımdır. İndiyə kimi 600-yə yaxın ASAN könüllüsü müxtəlf şirkətlər tərəfindən işə götürülüb.

ASAN Xidmətdə işə düzəlmək üçün isə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada imtahan vermək və müsahibədən keçmək lazımdır”.

Xəbər 2137 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +