“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


09.09.2020  16:42 

Daha 115 avtobus paytaxta doğru yola çıxdı





A+  A-

Dövlət başçısının vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tapşırığına uyğun olaraq, daha 115 ədəd yeni avtobusun paytaxta gətirilməsinə başlanılıb.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycanda infrastrukturun, xüsusilə də nəqliyyat infrastrukturunun yeniləşdirilməsilə bağlı aparılan siyasət, bu istiqamətə ayrılan vəsaitlərin həcminin artırılması paytaxtda nəqliyyat sisteminin yenidən qurulmasına səbəb olub:

“Bu sahəyə dəstək dövlət səviyyəsində də mütəmadi olaraq təmin olunur. Müşahidələr göstərir ki, vətəndaşların rahatlığı, keyfiyyətli və təhlükəsiz ictimai nəqliyyat xidmətlərinin göstərilməsi Bakı Nəqliyyat Agentliyinın prioritet hədəfidir. Belə ki, ölkə başçısının göstərişinə son 5 ildə ölkəyə 600-dən artıq yeni, orta və iri tutumlu müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Pandemiyanın yaratdığı fəsadlar və ölkə iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq yeni avtobusların alınması əvvəlcədən dövlətin nəzərdə tutduğu sosial və infrastruktur layihələrin icrasının təxirə salınmadığının göstəricisidir. Sevindirici haldır ki, artıq şəhər mərkəzi ilə yanaşı ətraf kənd və qəsəbələr istiqamətində də müasir və komfortlu avtobuslar vətəndaşlara xidmət edir”.

Deputatın sözlərinə görə, yeniliklər bir tərəfdən ictimai nəqliyyatda yeni avtobuslaran istifadə olunmasına, digər tərəfdən yeni elektron xidmətlərin tətbiqinə gətirib çıxarır:

“Bu yeniliklər müasir standartların tətbiqi baxımından da vacib hesab olunur. Xüsusilə pandemiya dövründə aparılan təhlillər, monitorinqlər də göstərdi ki, bu dövrdə də birmənalı şəkildə infrastrukturun genişləndirilməsi əsas prioritet məsələlər sırasındadır. Xüsusilə bu dövrdə həm səhiyyə sistemində, həm də nəqliyyatda fərqli infrastruktur layihələrin rellaşdırılması ölkənin maliyyə gücünü göstərən faktorlardan biri idi. Baxmayaraq ki, pandemiya qlobal və milli iqtisadiyyatlara, eləcə də dövlətlərin gəlirlərinə təsir göstərir, biz ötən müddətdə məhz infrastrukturun yeniləşməsinin və inkişaf etməsinin müşahidə etdik. Bu da nəqliyyat sektoru daxil olmaqla vətəndaşların daha çox istifadə etdiyi sahələrdə infrasturkturun yeniləşməsinə imkan verdi. Ümumiyyətlə post pandemiya dövründə bu fəaliyyətlər davam etdiriləcək və bütövlükdə infrasturukturun yeniləşməsilə bağlı fəaliyyətin davam etdiriləcəyi gözlənilir. Yeni alınan avtobuslar Bakının inkişaf edən simasına uyğun olaraq şəhərin marşrut şəbəkəsini dəyişəcək”.

Qeyd edək ki, Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Sıxılmış təbii qaz müəhərrikli (CNG) avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlik avtobuslardır. İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılıb. Prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.



Xəbər 3331 dəfə oxunub.




11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +