İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı


26.10.2022  16:06 

Azərbaycana qarşı kollektiv hücum?





A+  A-

“Son günlər Minsk qrupunun hər üç üzvü, o cümlədən bəzi regional dövlətlərin ictimai adamları, millət vəkilləri, rəsmiləri və mediası tərəfindən Azərbaycana qarşı davamlı olaraq təbliğat aparıldığının şahidiyik. Bu kontekstdə həm Qərb, həm Rusiya, həm də İran ciddi şəkildə Azərbaycana pressinq edərək hansısa maraqlarının Bakı tərəfindən qəbul olunmasını istəyirlər”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov feysbuk hesabında yazıb.

O, “Azərbaycana qarşı kollektiv hücum” adlı yazısında bunları qeyd edib: “Dünənlərdə bu təbliğata BBC-nin də qoşulması və daxilimizdə bəzi “siyasi fəalların” adıçəkilən “xəbər carçısı”na Bakını tənqid edən şərhlər vermələri, sözsüz ki, birmənalı qarşılana bilinməz.

Rusiya, İran, Fransa kanallarında, o cümlədən BBC-də gedən süjetə, o cümlədən Parisin noyabrın ortasında Azərbaycana qarşı qətnamə qəbul etmək fikrində olması və bütün digər məqamlara baxmayaraq - sonda Bakının istədiyi olacaq.

Azərbaycan-Ermənistan arasında danışıqlara müdaxilə edən və əldə edilən razılıqların icrasının qarşısını almaq istəyən, razılaşdırılmış sülh müqaviləsinin qaralamasını yayan müəyyən dövlətlər öz məqsədlərinə çatmayacaqlar”.

Xəbər 1090 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +