İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı


02.02.2018  10:25 

“Azərbaycan Türkmənistanın mühüm tərəfdaşıdır“





A+  A-

Azərbaycan Türkmənistanın mühüm tərəfdaşıdır.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənbaşı şəhərinin Beynəlxalq hava limanında işgüzar məsləhətləşmələr zamanı deyib.

Prezident qeyd edib ki, yüksək səviyyədə əldə olunan ikitərəfli sazişlərin uğurla həyata keçirilməsi üçün müvafiq qurumların müntəzəm fəaliyyəti vacibdir:

"Xəzər dənizi dostluq və beynəlxalq əməkdaşlıq dənizi olmalıdır, onun məkanında sülh və beynəlxalq qarşılıqlı fəaliyyətə yönəlmiş irimiqyaslı işlər görülməlidir".

Xatırladaq ki, yanvar ayının sonunda xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfəri çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.

Görüş zamanı iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin XİN-lərarası məsləhətləşmələrin vacibliyi qeyd olunub.

Nazirlər Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında Strateji Tərəfdaşlığa dair Bəyannamənin imzalanması ilə əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qədəm qoyduğunu bildiriblər.

Həmçinin Azərbaycan və Türkmənistanın digər sahilyanı dövlətlərlə birlikdə Xəzər dənizində dostluq, əməkdaşlıq və qarşılıqlı anlayışı təşviq etdiyi vurğulanıb.

Nazirlər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Xəbər 1613 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +