“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


09.01.2020  14:29 

İmtahan nəzarətçiləri üçün seminarlar keçiriləcək





A+  A-

Dövlət İmtahan Mərkəzi yanvarın 14-dən etibarən cari ildə keçiriləcək imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün seminar-məşğələlərə başlayacaq.
XəzərNews.az xəbər verir ki, seminarlara təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunur.

Yanvarın 31-dək davam edəcək seminarlar Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 4500-dən çox nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 15009 nəzarətçi-müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar-məşğələlər keçiriləcək.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.

Xəbər 2967 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +