“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


28.11.2019  13:05 

Sabahın havası açıqlandı





A+  A-

29 noyabrda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 2948 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +