“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


30.08.2019  15:20 

2 mikroavtobusu yandıran şəxs həbs edildi





A+  A-

Astarada 2 mikroavtobusu yandıran şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Astara rayonunun Toradi kənd sakini N. Babayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus 2 ədəd “Ford” markalı mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Astara rayonu Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub. İ. Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 03 radələrində özü ilə gətiridiyi benzinlə N. Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yandırdığını bildirib. Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış N. Babayevə məxsus 99 DX 134 dövlət nömrə nişanlı “Ford” markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır

Xəbər 3063 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +