“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


03.01.2019  15:48 

Təhsil Nazirliyinə 123 613 müraciət daxil olub





A+  A-

2018-ci il ərzində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən xəbərə görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 123 613 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində il ərzində 85 054 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 38 559 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində il ərzində 14 321 sənəd (6806 ərizə, 7515 məktub) qəbul olunub və qeydiyyata alınıb.

2018-ci ilin dekabr ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 2018 vətəndaşa xidmət göstərilib. Həmin dövrdə 1127 sənəd (462 ərizə, 665 məktub) qəbul olunub və qeydiyyata alınıb. Telefon Məlumat Mərkəzində isə dekabr ayı ərzində 8582 zəng qəbul edilib.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi məsələləri əhatə edib.

Xəbər 2745 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +