“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


30.11.2022  09:25 

FHN yanğını belə söndürüb - Video





A+  A-

Ötən gün axşam saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesinin 12-ci kilometrliyində yanğın baş verməsi və bir neçə vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

XəzərNews.az FHN-ə istinadən xəbər verir hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Xəzər dənizi sahilinə yaxın ərazidə doğranmaqda olan qurğuda baş verdiyi və həmin qurğuda olan 3 nəfər vətəndaşın həyatının təhlükədə olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb. Eyni zamanda, dalğıc-xilasedicilərin operativ müdaxiləsi sayəsində qurğuda təhlükəli vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü İsmayılov Xəyal Natiq oğlu, 1986-cı il təvəllüdlü İbrahimov Elşən Allahverdi oğlu və 1978-ci il təvəllüdlü Həmidov Murad İkram oğlu xilas olunaraq sahilə çıxarılıb.



Xəbər 2376 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +