Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb


15.01.2022  12:24 

“AAAF Park“ kompleksinin sakinləri etiraz edirlər





A+  A-

Xırdalan şəhəri AAAF Park Yaşayış kompleksinin bir qrup sakini etiraz ediblər.

Şirkətin baş ofisinin qarşısına toplaşan sakinlər mənzillərinin verilməməsindən şikayətçidirlər.

Onlar bildirirlər ki, nağd şəkildə ödəniş etsələr də illərdir mənzillər təhvil verilmir:

“7 ildir nağd qiymətə ev almışıq. Artıq 2 ilə 4 bina tikilib, hər şey hazırdır. Amma evləri vermirlər. Sentyabrda AAAF-dan mesaj gəldi ki, eviniz hazırdır, gəlib açarları götürə bilərsiniz. Ofisə yaxınlaşdıqda isə mesajın səhv göndərildiyini, oktyabrın 15-də gəlməyimizi dedilər. Günbəgün, aybaay vaxtı uzadırlar. Şikayətimizə heç kim baxmır, içəridən biri də çıxıb danışmır”.

Şikayətçilərin dediyinə görə sakinlərdən bina üçün 950 manat sayğac pulu alınıb:

“Pulu alıb “yeyiblər”. Heç bir sayğac da quraşdırmayıblar. Üstəlik sayğac pulu verənlərə əlavə kommunal ödənişi yazılır. Sakinlərin eləsi var, kirayəyə pul tökür, üstəlik bura da aylıq ödəniş edir. Rəsmi qurumlara da müraciət etmişik, elə deyirlər tədbir görüləcək. Biz küçədə qalmışıq, yaşamağa yerimiz yoxdur. Öz əlimizlə pul verib, ev almışıq. Belə olmaz axı! AAAF-ı məhkəməyə də vermişik. Məhkəmə qərar çıxarıb ki, pul qaytarılsın. Onlarda qərardan Apelyasiyaya, Ali məhkəməyə şikayət veriblər”.

Qeyd edək ki, AAAF- İnşaat MMC Tofiq Heydərova məxsusdur.

Dəfələrlə mətbuatda AAAF-la bağlı şikayətlər yayılıb./
Bakupost.az

Xəbər 1578 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +