Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə


19.10.2017  13:08 

Sabah Bakıda 21 dərəcə isti olacaq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Xəbər 1616 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +