ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


20.11.2025  10:50 

“Azərişıq”ın 24 milyonluq tenderini 10 manatlıq şirkət udub





A+  A-

“Azərişıq” ASC Binəqədi rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yeni 110/35/10 kV-luq, 2x40 MVA gücündə GİS tipli tam qapalı yarımstansiyanın tikintisi ilə bağlı tender keçirib.

XəzərNews.az xəbər verir ki, müsabiqənin qalibi “SMART ENERGY SERVICES” MMC seçilib.

Tərəflər arasında bağlanacaq müqavilənin ümumi dəyəri 24 milyon 132 min 536 manat 53 qəpikdir.

Araşdırmalar göstərir ki, tenderin qalibi olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. “Smart Energy Services” MMC-nin hazırkı qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur.

Şirkət fəaliyyətə başladığı ilk dövrdə onun qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Həmin vaxt şirkət “RX İnvest Layihə” MMC adı ilə qeydiyyatdan keçmişdi. Bu ad 8 dekabr 2020-ci ilə qədər qüvvədə qalıb. Daha sonra şirkətin həm adı, həm də qanuni təmsilçisi dəyişdirilərək “Smart Energy Services” MMC formasına salınıb.

Diqqətçəkən məqamlardan biri də odur ki, “Smart Energy Services” MMC daha əvvəl də “Azərişıq” ASC ilə yüksək məbləğli tender müqavilələri imzalayıb. Lakin şirkət haqqında açıq mənbələrdə heç bir məlumat mövcud deyil. Onun nə rəsmi internet səhifəsi, nə əlaqə telefonları, nə də fəaliyyətinə dair ictimai açıqlamaları tapılır.

Beləliklə, dövlət büdcəsi hesabına maliyyələşən milyonluq layihələrin icrasını faktiki olaraq haqqında heç bir ictimai məlumat olmayan bir şirkət həyata keçirir. Bu isə dövlət satınalmalarında şəffaflıq məsələləri ilə bağlı suallar doğurur. Ekspertlərin rəyinə görə, “Azərişıq” kimi dövlət qurumları tender proseslərində iştirak edən şirkətlərlə bağlı ictimaiyyətə daha geniş məlumat təqdim etməlidir.

Qeyd edək ki, “Azərişıq” ASC-yə hazırda Vüqar Əhmədov rəhbərlik edir.

Xəbər 902 dəfə oxunub.




25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +