ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


11.08.2025  11:50 

Daxili siyasəti bisavad çobanlar idarə edir





A+  A-

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev deyir ki, Özbəkistanın Özbəkistandan kənarda pul qazanan oliqarxları Özbəkistan prezidentinin yanına gəlib buyururlar ki, Özbəkistan üçün biz nə edə bilərik? Bizə göstəriş verin.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev maraqlı liderdir. Özbəkistanın inkişafı üçün ciddi işlər görür. Düşünün ki, Özbəkistanda elə bir biznes mühiti yaradıb ki, bir çox ölkələr, o cümlədən Azərbaycanın iş adamları da Özbəkistana ciddi kapital qoyurlar. Niyə o pulu Azərbaycana qoymurlar? Çünki Azərbaycanda biznes mühiti sağlam deyil. Kapital qoyuluşu stabillik tələb edir. Təəssüf ki, Azərbaycanda o sabitlik yoxdur.

Son Vaşinqton görüşündən sonra İlham Əliyev haqqında ictimai rəydə pozitiv fikirlərin tirajlanması aydın şəkildə müşahidə olunur. Əlbəttə, bu, qanuna uyğundur. Çünki həqiqətən də Azərbaycan böyük hədəflərə doğru son dərəcə uğurlu bir addım atdı. Heç şübhəsiz ki, 44 günlük müharibədə, antiterror əməliyyatında olduğu kimi bu uğurun da altında İlhama Əliyevin imzası var. Və bu, ümumtürk tarixində də belə qalacaq.

Mən bu barədə bir neçə dəfə yazmışam. Azərbaycanın yeritdiyi xarici siyasət mükəmməldir və alqışa layiqdir. Nə yazıq ki, bu fikir daxili siyasətlə bağlı qətiyyən keçərli deyil. Belə təəssürat yaranır ki, Azərbaycanın xarici siyasətini intellektual professorlar, daxili siyasətini isə bisavad çobanlar idarə edir. Bu qədər dizbalans haqlı narazılıq doğurur. Eybəcər bir reallıq yaradır.

Mən Azərbaycanın yeritdiyi xarici siyasəti birmənalı şəkildə dəstəkləyirəm. Əlbəttə, xarici siyasətdə də tənqidə layiq məqamlar olmamış deyil. Ancaq ümumi mənzərə əladır. Bisavad çobanlara həvalə olunmuş daxili siyasəti isə kökündən dəyişmək lazımdır. Hazırda situasiya elədir ki, daxili siyasətdə pozitiv bir şey tapmaq mümkün deyil.

Daxili siyasətdə proqressiv dəyişikliklərə nail olmaq üçün öncə mövcud problemlər rəsmən etiraf olunmalıdır. Daha sonra isə bu problemlərin həlli üçün mütərəqqi planlar cızılmalıdır. Əslində Amerika çoxdan kəşf olunub. Yenidən velosiped icad etməyə də ehtiyac yoxdur. Sadəcə olaraq cənab prezident ortaya iradə qoymalı, daxili siyasətə rəhbərlik edən bisavad çobanları intellektual professorlarla əvəz etməlidir.

Elbəyi Həsənli

Xəbər 1414 dəfə oxunub.




25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +