Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


04.03.2019  09:38 

“Oxumaq qışqırmaqdırsa, eşşək hamıdan yaxşı oxuyur” - Xalq artisti





A+  A-

“Musiqiyə zövq üçün yox, peşəkar olaraq qulaq asıram. Bu gün Azərbaycanda gedən prosesləri nə tənqid, nə də tərif edirəm. Ritmdən çıxan çoxdur. Əlində dəf muğam oxuyur, amma ritmdən xəbəri yoxdur. Özü də Xalq artistidir. Öyrənmək lazımdır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri “Natiq” ritm qurupunun rəhbəri, Xalq artisti Natiq Şirinov “X maqazin”ə danışarkən deyib. O, proqramda incəsənət aləmini sərt bir şəkildə tənqid edib. N. Şirinov qeyd edib ki, muğam ifaçılarının əksəriyyəti ritmdən xəbərsizdir:

“Gah bir-birini tərifləyirlər, gah da dalaşırlar. Biri var sənət, biri də var meymunluq, söz-söhbət şousu...Kimisi maşınını, kimisi də evini göstərir. Elə ifaçı var ki, muğam oxuyur, görür ki, əl çalan yoxdur. Zilə qalxır, qışqırmağa başlayır. İnsanlar onun qışqırmağını alqışlayır. Oxumaq qışqırmaqdırsa, eşşək hamıdan yaxşı oxuyur. Evinin soyuducusu dolsun deyə mahnı yazan insanlar var. Ayıbdır, Allah onları bu dövlətdən silsin”.

Xəbər 3533 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +