Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu


31.07.2025  12:35 

“Qurumuş ağaclar təhlükə saçır, biri 9 yaşlı qızın üstünə aşıb”





A+  A-

Bakının Mərdanov qardaşları 117 ünvanında məskunlaşan keçmiş məcburi köçkünlər narahatlıq içərisindədirlər.

XəzərNews.az AzTV-yə istinadən xəbər verir ki, buna səbəb məhəllədə yerləşən baxımsız ağacların yaratdığı təhlükədir.

Sakinlər bildirib ki, azacıq yel əsəndə qırılıb düşən budaqlardan biri 9 yaşlı Mədinənin üzərinə aşıb. Azyaşlı həmin gündən hələ də hadisənin təsirindədir:

“Ağac üzərinə düşdükdən sonra uşaq qorxdu. Biz o vaxt gələndən bu ağaclar buradadır. Bir az külək əsən kimi, qorxudan yata bilmirik ki, ağac evlərin üstünə aşacaq”.

Vətəndaşların sözlərinə görə, aidiyyəti qurumlar yalnız hadisə baş verəndən sonra ərazidə budama işləri aparır: “Bu ağaclar çox təhlükəlidir, qurumlara müraciət edirik, gəlib təmizləyirlər sonra çıxıb gedirlər”.

4-cü mikrorayon Mir Cəlal küçəsi 38-ci ünvanının sakinləri də eyni problemlə qarşı-qarşıyadır.

Onlar bildirib ki, aidiyyəti qurumlar onların ünvanını unudub: “60 ilin ağaclarıdır, bu ağaclar çox təhlükəlidir. Uşaqların üstünə düşsə, kim cavab verəcək?!”

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyindən isə bildirilib ki, şəhər ərazisində monitorinqlər aparılır: “Budamaya ehtiyacı olan ağaclar müəyyən edilərək işlər həyata keçirilir. Budama işləri adətən payız mövsümündə aparılır”.

Daha ətraflı videomaterilda:



Xəbər 469 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +