Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu


31.07.2025  11:40 

Avtobus sürücüsü sükan arxasında siqaret çəkdi





A+  A-

Bu gün səhər saatlarında Bakıda Nərimanov-Avtovağzal istiqamətində hərəkət edən 67 saylı avtobusun sürücüsü sükan arxasında siqaret çəkib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Pravda.az-a daxil olan şikayətdə bildirilib ki, sürücü ona etiraz edən xanım sərnişinə kobud şəkildə cavab verib.

“Mənə olar, 60 yaşım var. Dur get arxada otur, yoxsa avtobusu sürməyəcəyəm” deyən sürücü avtobusu yol kənarında saxlayıb.

Sərinişinlər irad bildirdikdən sonra sürücü yola davam edib.

Şikayət edən vətəndaş bildirib ki, sürücü yol boyu telefonla danışdığı halda avtobusu idarə edib.

Pravda.az məsələ ilə bağlı Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlayıb.

Qurumdan saytımıza verilən açıqlamada bildirilib ki, müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır: “Qeyd olunan qayda pozuntularına qarşı inzibati tənbeh tədbirinin görülməsi AYNA-nın səlahiyyətinə aid olmasa da, sözügedən marşrut xətti üzrə daşıyıcıya məsələni araşdırıb və sürücü barədə müvafiq tədbirin görülməsi, eyni zamanda sərnişindaşıma normalarına riayət etməsi barədə tapşırıq verilib. Qeyd edək ki, sərnişinlər avtobuslarda rastlaşdıqları müxtəlif hallarda hüquq mühafizə orqanlarına, eləcə də AYNA-nın “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər. Bundan əlavə Agentliyin bütün sosial şəbəkə platformaları üzərindən də müraciət etmək mümkündür”.

Xəbər 309 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +