Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


08.11.2018  19:46 

“Nar”-dan Bayraq Günü ilə əlaqədar abunəçilərinə hədiyyə





A+  A-

Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən “Nar” Dövlət Bayrağımızın yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq, sosial mediada müsabiqə elan edir.
XəzərNews.az xəbər verir ki, müsabiqədə iştirak edən bütün abunəçilərə mobil operator tərəfindən 100 şəbəkədaxili dəqiqə hədiyyə ediləcək. İştirak etmək üçün istifadəçilər “Nar”-ın “Facebook” və “İnstagram” səhifələrində #bayrağım və #ilovenar haştaqı ilə şəkil paylaşmalıdır. Şəkil hamı üçün açıq olmalıdır.

Müsabiqə noyabrın 8-i saat 17:00-da başlayır və noyabrın 11-i saat 18:00-da yekunlaşacaq. Nəticələr noyabrın 12-də elan ediləcək. Qazanılan bonuslar “Nar” nömrələrinə 12-15 noyabr tarixlərində yüklənəcək. Bonuslar nömrəyə yüklənən andan etibarən bir həftə ərzində aktiv olacaq.

Əlavə olaraq, müsabiqədə iştirak edənlər arasında təsadüfi seçim nəticəsində 20 nəfərə “Nar” tərəfindən Bayraq Günü üçün hazırlanmış xüsusi hədiyyə də veriləcək.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 3114 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +