Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


27.09.2018  12:53 

Azərbaycanda banklar bu səbəblərdən bağlanıb - RƏSMİ





A+  A-

Azərbaycanda bəzi bankların bağlanmasının səbəbləri açıqlanıb.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib.

Sənəddə göstərilib ki, dünya bazarlarında 2014-cü ildən neftin qiymətinin kəskin azalması nəticəsində makroiqtisadi şəraitin dəyişməsi, işgüzar aktivliyin zəifləməsi bankların kredit portfelinin keyfiyyətini pisləşdirib və itkilərə səbəb olub.

Eyni zamanda, banklarımızın xarici bazarlara çıxış imkanları pisləşib, daxili yığım mənbələri isə daralıb. Bir tərəfdən, aktivlərin dəyər itirməsi, xarici valyutadakı kredit və depozitlərin qaytarılmasında yaranmış çətinliklər, digər tərəfdənsə, banklara və milli valyutaya inamın azalması bir sıra bankların sektoru tərk etməsinə səbəb olub, digərlərinin isə iqtisadi fəallığını zəiflədib. Həm depozitlərin, həm də kreditlərin dinamikasında geriləmə baş verib.

Ümumi iqtisadi fəallığın səngiməsi bank sektoruna təsirsiz ötüşməyib, problemli (qaytarılma vaxtı keçmiş) kreditlərin ümumi kredit portfelindəki xüsusi çəkisi 2014-cü ilin sonundakı 5,3%-dən 2017-ci ilin ortalarında 14,1%-ə qalxıb. Banklar əməliyyat xərclərini azaltmaq məcburiyyəti ilə üzləşiblər. 2017-ci ildə həm bank filiallarının, həm də bankomatların sayında azalma qeydə alınıb. Bank sektorunda çalışanların sayında da azalma baş verib.

“Yaranmış vəziyyətdə sektorun maliyyə dayanıqlığı bərpa olunmalıdır. Bu zaman bankların kapitalizasiyası, likvidlik və problemli aktivlərin həlli məsələsi diqqət mərkəzində saxlanılmalıdır. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bankların sağlamlaşdırılması və rentabelliyinin yüksəlməsi üçün kompleks tədbirlər nəzərdə tutulub”,-deyə Dövlət Proqramında qeyd edilib.

Xəbər 3061 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +