Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


14.01.2018  15:43 

Tanınmış həkimlər Neftçilər Xəstəxanasını tərk edir? - Açıqlama





A+  A-

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında ciddi maliyyə problemlərinin olduğuna dair məlumatlar yayılıb. Son günlər mətbuatda yazılan məlumatlarda xəstəxananın külli miqdarda borcunun olduğu, bu səbəbdən də tibbi personalın əmək haqlarının verilməsində çətinliklərin yarandığı vurğulanır. Hətta bir neçə tanınmış həkimin bu səbəbdən işdən könüllü surətdə ayrıldığı qeyd olunur.
Eyni zamanda, xəstəxananın iş prinsipləri bir çox həkimi qane etmir. Mərkəzi Neftçilər Xəstəxanasındakı işindən könüllü surətdə ayrılan və adının çəkilməsini istəməyən tanınmış həkim deyib ki, girdiyi 7-10 min manatlıq əməliyyadan yalnız 200 manatla çıxması sərfəli deyil:

“Həmin əməliyyatı özəl xəstəxanada edib, əməyimin qarşılığını da normal şəkildə alıram. Orada çalışmaq heç cür sərfəli deyildi”.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bu haqda yazılanların həqiqəti əks etdirmədiyini bildirib:

“Xəstəxanın borcu yoxdur. Olsa belə, bunun həkimlərə, xəstələrə nə aidiyyatl var? Bu, dövlətin təsərrüfat hesablı xəstəxanasıdır. Artıq bir neçə gündür ki, reketliklə məşğul olan saytlar xəstəxanaya qarşı kampaniyaya başlayıb.

Sizin sorğunuz əsasında xəstəxananın rəhbəri Leyli Seyidbəyli ilə əlaqə saxladım. Onun da bildirdiyi kimi, xəstəxana tam surətdə fəaliyyətdədir. Burada işinin peşəkarı, mütəxəssis olan həkimlərin fəaliyyəti danılmazdır. Bu kimi məlumatlar sadəcə xəstəxananın fəaliyyətinə kölgə salmaq üçündür. Amma 60 illik fəaliyyəti olan bir yer üçün bunlar əbəsdir. İstənilən halda xoşagələn də deyil”.

S.Əhmədova deyib ki, bir qrup həkim məsələ ilə bağlı müraciət imzalayıb:

“Bir qrup həkim ölkənin I vitse-prezidenti Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb. Onlar müraciətdə belə yazıların qarşısının alınmasını istəyiblər. Heç kim ərizə yazıb işdən çıxmayıb. Kiminsə də işdən çıxmaq fikri yoxdur. Xəstələr də həkimlərdən narazılıq etmirlər. Narazı olsalar, heç xəstəxanaya gəlməzlər”.

Xəbər 2591 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +