Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


13.01.2018  11:32 

Səfirimiz etimadnaməsini prezidentə təqdim edib





A+  A-

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov etimadnaməsini bu ölkənin prezidenti Kolinda Qrabar-Kitaroviçə təqdim edib.
Xarici İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumatına görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilən görüş zamanı F.Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını prezident K.Grabar-Kitaroviçə çatdıraraq, ona tapşırılan məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.

F.Qurbanov Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edərək, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın Azərbaycanı dəstəkləməsini xahiş edib. Səfir 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, "Formula-1" və digər bu qəbildən olan beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycanın Ümumdünya EXPO-2025 kimi mötəbər və nüfuzlu tədbirə sahiblik etmək üçün lazım olan təcrübəyə malik olduğunu vurğulayıb.

Bununla yanaşı, qeyd olunub ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Xorvatiyada da bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.

Səfir F.Qurbanov əlavə olaraq diqqətə çatdırıb ki, Zaqreb şəhərində Azərbaycan yazıçısı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ekranlaşdırılan “Əli və Nino” filmi nümayiş etdirilib və xorvat tamaşaçıları tərəfindən maraqla qarşılanıb.

Sonda səfir “Əli və Nino” kitabının xorvat dilinə tərcümə olunmuş nüsxəsini prezident K.Grabar-Kitaroviçə təqdim edib.

Xəbər 3490 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +