Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


27.12.2017  09:48 

Bakıdakı 73 nömrəli məktəb sökülür - Şagirdlərin aqibəti necə olacaq?





A+  A-

Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəbdə söküntü işləri aparılacaq. Maraqlıdır, tədris ilinin ortasında söküntü işlərinin aparılmasının səbəb nədir? Bu, şagirdlərin təhsilinə mənfi təsir etməyəcəkmi?
Nərimanov rayonu Böyük Şor qəsəbəsində yerləşən məktəbin tədris ilinin ortasında söküləcəyi xəbəri təhsil ocağında oxuyan şagirdlərin valideynlərini qayğılandırır. Valideynlərə verilən məlumata görə, yaxın aylarda başlayacaq söküntü ilə əlaqədar şagirdlər ayrı-ayrı məktəblərə paylaşdırılacaq...

Bəs söküntü-yenidənqurma işlərini yay aylarında – tətil müddətində aparmaq olmazdımı?

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Modern.az-ın sorğusunu cavablandırıb:

“Ölkə başçısının 17 yanvar 2014-cü il tarixli, 232 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi nəzərdə tutulub.

Proqrama uyğun olaraq, işlərin icrası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yerinə yetiriləcək. Söküntü işlərinə cari tədris ilində başlanılacağı təqdirdə məktəb müvəqqəti olaraq iki növbəli iş rejiminə keçəcək”.

Xəbər 2840 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +