Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


20.12.2022  14:48 

“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü - FOTO





A+  A-

“Nar”ın korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən “Jest dili” layihəsi “NETTY 2022” milli internet mükafatına layiq görüldü. Jestdili.az Azərbaycan dilində ilk onlayn işarə dili lüğəti kimi “Elm, Təhsil və İnnovasiyalar” nominasiyası üzrə ən yaxşı layihə seçildi.

Qeyd edək ki, onlayn jest dili lüğəti Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) “Sosial layihələr” müsabiqəsinin qalibi olan “Doğma jest dili” layihəsi çərçivəsində “Nar”ın maliyyə dəstəyi və “Karlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə hazırlanıb.

Final mərasimində mükafatı qəbul edən “Azerfon” MMC-nin (“Nar” brendi) İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Əziz Axundov bildirib: “Müştəri yönümlü mobil operator olaraq, fəaliyyətimiz hər kəs üçün yüksək keyfiyyətli mobil xidmətlər təmin etməklə məhdudlaşmır; "Nar” həm də sosial layihələr vasitəsilə cəmiyyətin həyatına müsbət dəyər qatır. Jest dili layihəsi eşitmə məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı, gündəlik həyatlarını daha da rahat edir.”

Jestdili.az veb resursu təxminən 3 minə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videolarını ehtiva edir. Layihənin əsas məqsədi eşitmə məhdudiyyətli insanların sosiallaşmasını və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Həmçinin, geniş tərkibli vahid lüğətin yaranması ilə jest dilinin standartlaşması prosesi asanlaşır.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





Xəbər 1068 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +