Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


14.10.2025  14:20 

Mirzoyan Bakıda saxlanılan separatçılardan danışdı





A+  A-

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanda saxlanılan erməni məhbusların azad ediləcəyinə ümid edir.

XəzərNews.az xəbər verir ki, o, bunu ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında deyib.

Nazir bəyan edib ki, bərqərar olmuş sülh və İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi kontekstində hələ də həll olunmamış məsələlər qalır ki, bunlardan da ən mühümü Azərbaycanda saxlanılan əsir və girovlarla bağlı məsələdir.

Nazirin sözlərinə görə, iş gündəlik həyata keçirilir, heç də həmişə gözə dəymir və heç də həmişə effektli olmur: "Lakin biz işləyirik. Həmişə olduğu kimi, xoş xəbərlərə ümid bəslədiyimi bildirmək istəyirəm. Biz səylərimizi davam etdiririk. Ümid edək ki, bu səylər müsbət nəticə versin".

XİN rəhbəri dünən Şarm əl-Şeyxdə azərbaycanlı həmkarları ilə məsələni müzakirə etdiyini bildirib.

Mirzoyan məhbuslar haqqında məlumatların ötürülməsinə üçüncü ölkələrin cəlb edilməsi ilə bağlı suala cavab olaraq, xüsusilə BQXK-nın Azərbaycanda fəaliyyətinin dayandırılmasını nəzərə alaraq bunun vacibliyini qeyd edib.

"Bu boşluğu doldurmaq lazımdır. Ümumiyyətlə, bizim işimiz üçüncü ölkələrlə əlaqələri istisna etmir, lakin ilk növbədə, bunlar Azərbaycan tərəfi ilə birbaşa əlaqələrdir", - Mirzoyan bildirib.

Xəbər 3664 dəfə oxunub.




24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +