Rusiya yüzlərlə ton qızıl satır - SƏBƏB?
Avropa Komissiyası Yermakın evindəki axtarışı dəstəklədi
Dayə çalışdığı evdən 60 min manatlıq qızıl oğurladı
Neftçalada 1,1 milyonluq tenderi qazanan şirkət kimindir?
Dekabr ayı qarlı, yağışlı, şaxtalı olacaq
Elçin Quliyev müavinini vitse-prezident qoydu
“Baksol yolu“nda yanğın başlayıb
Hikmət Hacıyev NATO Baş Qərargahını ziyarət edib
Ata Abdullayev azadlığa çıxmaq istədi, amma...
AYNA-ya yeni səlahiyyət verildi


26.11.2025  12:28 

İlon Mask: Mühacirlikdən dünyanın ən varlı adamına





A+  A-

İlon Mask (1971) bu gün dünyanın ən varlı insanıdır. Onun adını tanımayan demək olar ki, yoxdur. Lakin maraqlı məqamlardan biri budur ki, Mask əslən amerikalı deyil.

O, Cənubi Afrika Respublikasında dünyaya gəlib, 17 yaşında Kanadaya gedib və cəmi bir il sonra - 18 yaşında təhsilini ABŞ-da davam etdirib. Həmin dövrdən bu yana da Amerikada yaşayır.

Maskın hekayəsi təkcə şəxsi uğur tarixçəsi deyil. Bu, eyni zamanda ABŞ-ın mühacirlər üçün yaratdığı imkanların bariz nümunəsidir. Amerikada mövcud olan azad iqtisadi mühit, biznesin inkişafına yönəlmiş qanunlar və innovasiyaya açıq yanaşma nəticəsində gənc bir mühacir dünyanın ən nüfuzlu milyarderinə çevrilə bilir.

Maskın adı bu gün təkcə bizneslə deyil, həm də gələcəkdə mümkün siyasi ambisiyalarla, hətta ABŞ prezidentliyi ilə hallandırılır.

Amma bütün bu nümunələr fonunda Azərbaycan reallığı tam başqa mənzərə yaradır. Ölkədə biznesin inkişafı üçün yaradılmış hüquqi çərçivə çox vaxt təşəbbüskarlığın qarşısını alır. Formal olaraq mövcud olan imkanlar praktiki müstəvidə “Çin səddi” səviyyəsində məhdudiyyətlərlə üzləşir. Bu isə həm iqtisadi aktivliyi, həm də yaradıcılıq və innovasiya mühitini zəiflədir.

Nəticə etibarilə, Mask kimi bir gəncin Amerikada milyardlara sahib olması təsadüf deyil. Pis olan odur ki, Azərbaycanda istedadlı, ambisiyalı gənclərin qarşısı məhz qanun və mexanizmlər səviyyəsində kəsilir. Bu isə təkcə iqtisadiyyatın yox, cəmiyyətin inkişafını da ləngidir...

Elbəyi Həsənli

Xəbər 1527 dəfə oxunub.




28.11.2025  16:01 

AYNA-ya yeni səlahiyyət verildi

28.11.2025  15:14 

Sabah Bakıda yağış yağacaq

28.11.2025  14:58 

Şəmkirli iş adamı vəfat edib

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi


BÜTÜN XƏBƏRLƏR +