Cəfər Cabbarlının heykəli acınacaqlı durumda...
Baş nazir qərar imzaladı
Şahruddin “Qarabağ”dan uzaqlaşdırıldı
İmişlinin hər il yollarını təmir edən şirkət kimindir?
Rusiya danışıqlarda iştirak etməyəcək -Peskov
Əhməd Orucun evi qarət olunub
“Saytlar “Google”da yaranan problemə görə bloklandı” – İT mütəxəssisi
Ukraynada Azərbaycan abidələrinin qorunmasına başlanılıb -FOTO
Füzulidə 14 illik idarəçilik: Bu kreslo niyə dəyişmir?
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilmədi


19.12.2022  11:07 

Hava kəskin soyuyacaq... - Xəbərdarlıq





A+  A-

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0°-yə yaxınlaşacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.

Xəbər 2657 dəfə oxunub.




18.11.2025  16:37 

Baş nazir qərar imzaladı

18.11.2025  16:20 

Əhməd Orucun evi qarət olunub

18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +