Füzulidə 14 illik idarəçilik: Bu kreslo niyə dəyişmir?
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilmədi
Zelenski Türkiyəyə səfər edəcək
“Baku Electronics“ Çin mallarını yapon adı ilə satırmış
Dünyada internetin sürətinə görə geridəyik
“Aztelekom“ 2,4 milyon manata nə alır?
“Kontakt Home” qanun pozuntusuna yol verib
Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
Bu sahələrdə də ƏDV-ni geri alacaqsız
Müsəlmanlarla bağlı yayılan xəbər tənqid olundu


09.11.2025  02:40 

Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı





A+  A-

“Bir həftəlik, yaxud 10 günlük Bakıya gələcəyəm“.

XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ-da mühacirətdə yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev Müsavat TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən ay qızı, həyat yoldaşı və nəvəsi Azərbaycana səfər edib.

“Ola bilsin, mən də bir həftəlik, yaxud bir aylıq Azərbaycana səfər edim. Baxaq da…” – deyə R.Quliyev vurğulayıb. Sabiq sədr azad olunmuş Qarabağa, Xankəndinə getmək istədiyini deyib.

Eks-spiker ABŞ-dan birdəfəlik Azərbaycana yaşamaq üçün köçməyi istisna edib: “Mənim bir aydan sonra 78 yaşım tamam olur. Bu çox böyük yaşdır. Gəlib Azərbaycanda nə edəcəyəm? Övladlarım, nəvələrim Amerikada işləyir, yaşayır. Onlar daha Azərbaycana köçüb yaşayası deyillər. Gələndə də səfərə gəlib qayıda bilərlər”.


Xəbər 2566 dəfə oxunub.




18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +