Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilmədi
Zelenski Türkiyəyə səfər edəcək
“Baku Electronics“ Çin mallarını yapon adı ilə satırmış
Dünyada internetin sürətinə görə geridəyik
“Aztelekom“ 2,4 milyon manata nə alır?
“Kontakt Home” qanun pozuntusuna yol verib
Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
Bu sahələrdə də ƏDV-ni geri alacaqsız
Müsəlmanlarla bağlı yayılan xəbər tənqid olundu
Xarkovda atışma: 17 yaşlı qız ölüb


15.11.2025  12:59 

Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı





A+  A-

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

XəzərNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Estoniyaya “kafel yapışdırıcısı” yükü aparan vaqon “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib.

Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3250 ədəd kisədən 44-də xüsusilə külli miqdarda, qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qram olan narkotik vasitə-heroin aşkar edilib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır.



Xəbər 1743 dəfə oxunub.




18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +