TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


14.11.2025  15:45 

Məşhur şirkətlər qrupunun 18 milyon borcu var





A+  A-

Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən “MSDIS Holding” MMC-nin dövlət qarşısında vergi borcunun miqdarı 18 milyon manatı ötüb.

XəzərNews.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkətin hazırda dövlət qarşısında vergi borcunun miqdarı 18 129 820,73 manat təşkil edir.

Xatırladaq ki, “MSDIS Holding” 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nağiyev Mirfəyyaz Oktay Oğludur.

Ötən il cəmiyyətin nizamnamə kapitalının həcmi 2 572 000 manatdan 500 manata endirilib. Bu günlərdə isə MMC nizamnamə kapitalının 50 manata azaldığını elan edib.

Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding “MS Sement” sement istehsal müəssisəsinə, “MS Kabel” kabel istehsalı müəssisəsinə, “MS Asfalt” asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan “MS Karyer” müəssisəsinə, “MS Laminat”şirkətinə və “MS Oil” yanacaq doldurma məntəqələrinə sahibdir.

Ötən il “MS Oil”ə məxsus 12 yanacaqdoldurma məntəqəsinin (YDM) tam yarısı bağlanıb və onların yerində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.

Xəbər 580 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +