Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Astarada əməliyyat keçirib.

XəzərNews.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Belə ki, Astara rayonunda baş tutan tədbir zamanı 1977-ci il təvəllüdlü əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunmuş Elçin Cavadov saxlanılıb. Ondan 55 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana,metamfetamin və tiryək aşkarlanıb.

Araşdırma zamanı E.Cavadovun ölkəyə qaçaqmalçılıq yolu ilə narkotikləri keçirən əsas şəxslərdən biri olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər 4055 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +