Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


04.10.2025  15:52 

Şad Xəbər: Bu şəxslərə ev veriləcək





A+  A-

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.

XəzərNews.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti belə tədbirlər çərçivəsində daha bir sıra rayonlarda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək.

Belə ki, bu kateqoriyaya aid olan şəxslər Salyan rayonunda 9 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı, Neftçala rayonunda 20 ədəd üçotaqlı, Bərdə rayonunda 8 ədəd üçotaqlı, Tərtər rayonunda 4 ədəd üçotaqlı mənzillərlə təmin olunacaqlar.

Məlumata əsasən, Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum mənzillərin satın alınmasına 4,417 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.//Trend.az

Xəbər 5053 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +