Bakı rayonları korrupsiya əməliyyatlarından niyə kənarda qalır?
Axşam küçəyə çıxa bilmirik... - Montoneqroda yaşayan azərbaycanlı
Azərbaycanın rəsmi cavabını gözləyirik - Əraqçı
Xaçmazda yeniyetmə anasını qətlə yetirdi
Bakıda məktəblilərin intim görüntüləri yayılıb
Şimal nağıllarında təsvir edilən cənnət - Kanada
Rusiya kəşfiyyatına bağlıdırlar, növbə onlara çatıb - Siyasi şərhçi
Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxılıb
Ermənistanda İranın güc amili
Ramiz Mehdiyevin gəlini vəzifəsindən azad edilib


28.10.2025  15:47 

Deputatın üçüncü oğlu üzə çıxdı





A+  A-

Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının daha bir oğlunun olduğu üzə çıxıb.

XəzərNews.az xəbər verir ki, həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğludur. Ailədə onu Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb.

Almaniyadan verilən məlumatlara görə, İlqarın anası rusəsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.

Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sankt-Peterburq şəhərinə göndərib.

Fəzail Ağamalı sayta açıqlamasında faktı təsdiqləyərək bunu “cavanlıq səhvi” adlandırıb:

“Hər kəsin gənclikdə səhvləri ola bilər. Cavanlıqda çoxunun həyatında belə şeylər olur. Mən niyə danmalıyam ki? Cinayət deyil ki... Hər kəsin şəxsi həyatı ola bilər. Bəli, belə bir romanım olub. Bu gün İlqar və anası ilə əlaqəm yoxdur, onlar öz həyatlarını yaşayırlar. Lazım olan vaxtlarda köməkliyimi göstərmişəm. Bu məsələ ilə bağlı məni ancaq həyat yoldaşım günahlandıra bilər. Ona da zamanında səhv etdiyimi demişəm. Ondan da bu səhvə görə üzr istədim. Vəssalam... Bunun heç kimə dəxli yoxdur. Həyatdır, bir neçə dəfə evlənmək olar. Tramp üç dəfə evlənib... Burada qəribə nə var ki?”

Xatırladaq ki, Milli Məclisin 6 çağırış deputatı olmuş Fəzail Ağamalının indiyə qədər üç övladının (Yalçın Ağamalı, Elçin Ağamalı, deputat Günay Ağamalı) olduğu bilinirdi. Hətta onun vikipediya məlumatlarında da üç övladının olması qeyd edilib.

Xəbər 249 dəfə oxunub.




31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +