2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


07.01.2020  11:28 

Sirt şəhəri Xəftarın qoşunlarından geri alındı





A+  A-

Liviyanın Sirt şəhəri yenidən Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərracın nəzarəti altına keçib.
XəzərNews.az xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiyanın Liviya ilə əlaqə qrupunun rəhbəri Lev Denqov məlumat verib.

“Hazırda Sirt yenidən Sərracın qüvvələrinin nəzarətindədir”, -deyə Denqov bildirib.

Onun sözlərinə görə, Milli Barışıq Hökumətinin qüvvələri onlarla hərbi əsiri saxlayıb, 20 ədəd hərbi texnikanı müsadirə edib, Liviya Milli Ordusunun komandiri Xəlifə Xəftarın tərəfində vuruşan 50 nəfəri öldürüb.

Denqov hərbi əməliyyatların davam etdiyini bildirib, situasiyanın dəyişə biləcəyini istisna etməyib.

Qeyd edək ki, son aylarda Liviyanın şərqini idarə edən Xəftar qüvvələri paytaxt Tripolini ələ keçirməyə çalışırlar. Faiz Sərracın rəhbərlik etdiyi Milli Barışıq Hökuməti, öz növbəsində, Türkiyədən hərbi yardım istəyib. Artıq ilk türkiyəli hərbçilər Liviyaya yola düşüb.

Xəbər 3029 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +