Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


28.04.2022  16:49 

Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv olunur? - Açıqlamalar





A+  A-

Hüquq müdafiəçiləri siyasi məhbus hesab edilən 37 nəfərin əfv edilməsi üçün onların sənədlərini Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edib.

XəzərNews.az xəbər verir ki, bu barədə modern.az -a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.



Onun sözlərinə gərə, siyahı artıq komissiyaya göndərilib:

“Həbsdə olan jurnalistlər, bloqerlər, hüquq müdafiəçiləri, qəzet redaktorları və digərləri bu siyahıya daxildir. Əfv Məsələləri Komissiyasına göndərdiyimiz siyahıda AXCP fəalı Saleh Rüstəmli, ömürlük həbs cəzası alan Şəmsi Səmədzadə, sabiq deputat Hüseyn Abdullayev və digər tanınmışların da adı var”.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Bakupost.az -a açıqlamasında vurğulayıb ki, bu, ölkə başçısı tərəfindən müəyyən edilən bir məsələdir:



"Ayrı-ayrı şəxslər, eyni zamanda əfv komissiyasının üzvləri bunu müəyyən edə bilməz. Bu, Prezidentin verəcəyi qərardır. Eyni zamanda, siyahıya kimlərin əlavə olunması barədə də Əfv Komissiyası tərəfindən hansısa məlumat açıqlana bilməz. Çünki bunlar şəxsi məlumatlardır".

Qeyd edək ki, Azərbaycanda 28 May Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. Aprelin 26-da Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb.

Xəbər 3413 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +