Xırdalanda yaşayış binasındakı təhlükəli vəziyyətlə bağlı - Açıqlama+VİDEO
Ermənistanda meşə YANIR
Rusiya ordusu Ukrayna limanına zərbələr endirdi
Ruslar 8 ayda 230 min hərbçi itirib - Zelenski
Trampdan konspirasiya nəzəriyyəçilərini coşduran paylaşım - Nə demək istədi?
Rusiya ordusu Xersonu vurdu: Ölən və yaralananlar var
Çin Əliyev və Putini bu cür qarşıladı, fərq diqqət çəkdi - Video
Rusiyada güclü yanğın
Ərdoğan Si Cinpinlə görüşdü
Azərbaycanlı iş adamı ən böyük mağazalarını itirdi


28.11.2019  13:37 

YAP-dan növbədənkənar seçkilərlə bağlı ilk AÇIQLAMA





A+  A-

“Azərbaycanda ciddi, sürətli, səmərəli, effektiv islahatlar həyata keçirilir. Ölkə başçısının rəhbərliyi ilə ayrı-ayrı sahələrdə aparılan bu islahatlar 2003-cü ildən başlayıb. Amma sonuncu prezident seçkisindən sonra yenidən dövlət başçısı seçilən İlham Əliyev öz inauqurasiyasında bu mesajları hökumətə, cəmiyyətə çatdırmışdı”.
XəzərNews.az bildirir ki, bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin buraxılması haqqında müraciətdən danışan hakim Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, ölkəmizdə hüquq-məhkəmə, sahibkarlıq, sosial və s. sahələrdə ciddi islahatlar gedir:

“Ölkə başçısı bu ilin əvvəlində etdiyi çıxışda siyasi sahədə də islahatların gedəcəyini istisna etməmişdi. Ona görə, bu gün Yeni Azərbaycan Partiyasının ölkə başçısına parlamentin buraxılması ilə bağlı müraciət ünvanlaması gözlənilən qərar idi. Bir sahədə islahatlar getsə, digər sahələrdə davam etdirilməsə, tarazlıq pozular. Nəticədə dövlətimizin güclənməsi, xalqın rifahı istiqamətinə yönələn dəyişikliklər daha yaxşı nəticələr versin deyə, siyasi sahədə də islahatlar aparılmalı idi. Bu sahədə islahatlar həyata keçirilməsə, digər sahələrdə aparılan islahatlar üçün maneələr ola bilər. Dünya təcrübəsi də bunu göstərir.
Ona görə, bu gün YAP Siyasi Şurası çox düzgün qərar qəbul qəbul etdi. Həyata keçirilən islahatların nəticəsini, səmərəsini biz görürük”.

M.İbrahimqızı onu da vurğulayıb ki, ölkə başçısının çıxışlarında dediyi, eləcə də, BDU-nun 100 illik yubiley tədbirində səsləndirdiyi kimi, bu islahatlar kampaniya xarakteri daşımamalıdır və daşımayacaq:

“İslahatlar vaxtaşırı davam etdirilməlidir. Əminəm ki, siyasi islahatlarımız uğurla həyata keçirilən bütün dəyişikliklərlə bərabər, paralel uğurlara imza atacaq. Dövlətimiz, xalqımız üçün xeyirli uğurlu olsun”.

M.İbrahimqızı parlamentin buraxılması haqqında qərarın səbəblərinə də toxunub:

“Bu məsələyə başqa cür siyasi rəng verməyə çalışanlar var. Halbuki bu hər hansı siyasi böhanın nəticəsi deyil. Ölkəmizdə hər iş yüksək səviyyədə həyata keçirilir. Ciddi uğurlara imza atılır, bu il sürətli islahatlara start verilir. Bəzi üzdəniraq təşkilatlar, media nümayəndələri çalışırlar qara şüşədən baxsınlar. Bu tamamilə yanlışdır. Ölkə başçısı özü islahatların siyasi sahəni də əhatə edəcəyini qeyd etmişdi. Milli Məclisin buraxılmasının kiçik səbəbləri də var. Səhv etmirəmsə, 10-a yaxın deputat mandatı boşdur. Milli Məclisin işləməsi üçün bu problem də yarada bilərdi. Çünki bilirsiniz, millət vəkilləri beynəlxalq əlaqələrin inkişafı ilə bağlı çox zaman xarici ölkələrdə olurdular. Bu da nəzərə alınıb. 5 illik müddətin vaxtı azaldığından 10 mandat üçün seçki keçirilməsi də məqsədəuyğun deyildi. Əsas məsələ odur ki, ölkəmizdə ciddi uğurlu islahatlar həyata keçirilir və siyasi islahatlar da zəruri idi”.

Xatlırladaq ki, bu gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirlməsinin vacibliyi barədə çıxışlar edilib. Bu çıxışlarda 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əsaslar olduğu vurğulanıb.

Bildirilib ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkinin keçirilməsi Prezientin son vaxtlar həyata keçirdiyi islahatlara dəstək məqsədi daşıya bilər.

Daha sonra ölkə Prezidentinə növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı müraciət qəbul olunub.

Xəbər 3302 dəfə oxunub.




31.08.2025  21:05 

Ermənistanda meşə YANIR

31.08.2025  20:53 

İnna Bakıda konsert verdi -VİDEO

31.08.2025  14:28 

Məşhur reper intihar edib?

31.08.2025  13:38 

Rusiyada güclü yanğın

31.08.2025  13:29 

Ucarda yaşayış evi yanıb

31.08.2025  13:26 

Sabahın havası açıqlandı

31.08.2025  13:24 

Ərdoğan Si Cinpinlə görüşdü

31.08.2025  01:30 

Günəş Yerə plazma buludu atıb

31.08.2025  00:19 

ABŞ-da güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +