Finlandiyada öldürülən azərbaycanlı iki uşaq anası olub
Cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub
Ramazan Kadırov yeriyə bilmir
Sabahın hava proqnozu açıqlandı
10 aylıq körpəyə soda verdilər, öldü
Turizm Agentliyi niyə özünü gülüş obyektinə çevirir?
Sudanda torpaq sürüşməsi: 1000-dən çox adam ölüb
Belçika da Fələstin dövlətini tanıyacaq
Olavio Juninyo “Qarabağ“a qayıdır
Azərbaycanlı döyüşçü Moskvada həbs olundu


21.05.2019  16:56 

Gözlərimizi qızmar günəşin şüalarından necə qoruyaq?





A+  A-

Yay aylarında gözlərin sağlamlığına daha çox etina etmək və artan günəş şüalarına qarşı diqqətli olmaq lazımdır. Həm özünüzün, həm də uşaqların gözlərini yarana biləcək hər cür riskə qarşı mütləq qorumalı və xüsusilə günəş gözlükləri seçərkən məlumatlı olmalısınız. Əks təqdirdə gələcəkdə görmə problemləri ilə qarşılaşa bilərsiniz.
XəzərNews.az Yenicag.az-a istinadən gözləri günəş şüalarından qorumağın üsullarını təqdim edir:

1. Günəş gözlüyü olmadan çölə çıxmayın: Günəşin zərərli şüaları gözlərin torlu qişasını məhv edərək katarakta xəstəliyinə səbəb ola və göz almasının zədələnməsinə yol aça bilər. Şüalar hətta gözün görməsinə səbəb olan sarı nöqtəni pozaraq, davamlı görmənin qarşısını ala bilir. Görmə mərkəzi olaraq bilinən sarı nöqtə günəşin zərərli ultrabənövşəyi şüalarından ən çox təsirə məruz qalan bir bölgədir. Buna görə də bu bölgəni günəş şüalarından qorumaq başlıca faktorlardandır.

2. Buludlu havalarda belə günəş gözlüklərinizi çıxarmayın: Kölgədə, ya da buludlu havalarda, hətta böyük çətir altında oturmaq belə günəşin zərərli şüalarından qorunmaq üçün yetərli deyil. Çünki günəş şüalarının böyük bir qismi buludlardan da keçə bilir. Xüsusilə də günorta saatlarında daha diqqətli olmaq lazımdır.

3. Linza taxıram deyə günəş gözlüklərindən vaz keçməyin: Bir çoxları linzanın ultrabənövşəyi şüalara qarşı qoruduğunu desə də, günəş gözlükləri qədər rahat və qoruyucu ola bilməz. Həm linza ilə yaranan quruluğu aradan qaldırmaq, həm də gözlərin torlu qişasını qorumaq baxımından günəş gözlükləri daha əlverişlidir.

4. Gözlərinizi ovuşdurmaqdan qaçın: Yaz və yay aylarında külək və toz qaçmasına bağlı olaraq göz almasına yad cisimlər daxil olur. Gözünüzə qum və ya toz qaçdığında qətiyyən ovuşdurmayın, yaxşıca su ilə yuyun.

5. Görünüşünə deyil keyfiyyətinə önəm verin: Günəş gözlükləri seçərkən çalışın diqqətli olun. Keyfiyyətli günəş gözlüklərinin şüşələrində ultrabənövşəyi filtri olmalıdır. Gözlüyün sertifikatını mütləq yoxlayın. Əks təqdirdə gözləriniz qoruması olmayan saxta gözlüklərdən zərər görə bilər.

6. Makiyajlı olarkən günəşlənməyin: Göz makiyajı varkən günəşlənmək olmaz. Günəşdən qorunmaq üçün sürtdüyünüz kremi gözünüzə çox yaxın sürtsəniz, bu, az sonra həmin maddələrin günəş altında əriyərək gözə təmas etməsinə yol açacaq və qızartı, qaşıntı kimi problemlər yaradacaq.

7. Hovuza və dənizə üzmə gözlüyü olmadan girməyin: Eyni zamanda kontakt linza istifadə edirsinizsə, hovuza və ya dənizə girərkən infeksiyaya yol açan ünsürlərin linzaya yapışaraq gözə daxil ola biləcəyinə diqqət edin. Buna görə də mütləq üzmə gözlükləri taxın.

8. Kondisionerə qarşı diqqət edin: Kondisionerin davamlı olaraq istifadə olunması göz yaşının daha çox buxarlanmasına səbəb olur. Bu isə qaşıntı, bulanıq görmə və göz quruluğuna yol açır. Buna görə də kondisionerli məkanlarda çox olmamaq, ara-sıra pəncərələri açmaq lazımdır.

Xəbər 2813 dəfə oxunub.




02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi


BÜTÜN XƏBƏRLƏR +