Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


20.05.2019  16:14 

QHT-lərin fəaliyyəti haqqında xəbərlər proqramı hazırlanacaq





A+  A-

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə QHT.az-a “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.

Təşkilat rəhbəri qeyd edib ki, QHT TV-nin dəstəklənməsinə yönələn bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi çərçivəsində baş tutacaq.

Layihənin məqsədi QHT-lərin fəaliyyətinin təşviq edilməsi ilə müxtəlif sektorlar arasında etimadın artırılmasına və cəmiyyətin davamlı inkişafına nail olmaqdır.

Cəsarət Hüseynzadə qeyd edib ki, vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanları dedikdə, məhz multimedia (internet TV) imkanlarının yaradılması və inkişafı, bu fəaliyyətlərin sosial media üzərindən aparılması nəzərdə tutulur.

Layihənin əsas mahiyyəti vətəndaş cəmiyyəti sektorunda baş verən hadisələr, QHT-lərin fəaliyyəti, həyata keçirdiyi layihələr və tədbirlər haqqında video informasiyaların hazırlanması və yayımını təşkil etməklə, vətəndaş cəmiyyəti sektorunun fəaliyyətini təbliğ etməkdir.

Cəsarət Hüseynzadə bildirib ki, layihə çərçivəsində QHT-lərin fəaliyyətini işıqlandıran həftəlik xəbərlər proqramının hazırlanması nəzərdə tutulur. Həftəlik xəbərlər blokunda 10-a yaxın QHT-nin fəaliyyəti və tədbirləri, eyni zamanda həftənin vətəndaş cəmiyyəti ilə bağlı önəmli xəbərlərinə yer veriləcək. Xəbərlər blokunun 10 dəqiqə olmaqla həftədə 1 dəfə, layihə müddətində 15 buraxılış hazırlanması nəzərdə tutulur.

Bu layihədə xəbərlər blokunun hazırlanmasında əsas format vətəndaş jurnalistikası olacaq.

Belə ki, təşkilat layihənin daha əhatəli olmasının təmin etmək üçün xəbərlər blokunu QHT-lərldən gələn video materiallar əsasında hazırlamağı planlaşdırır. Bununla bağlı QHT-lərə texniki məsləhətlər də veriləcək.

Layihə rəhbərli QHT-ləri yaradılan bu imkandan istifadə etməyə çağırıb:

“Bizim bütün QHT-lərin tədbirlərində çəkiliş etməyə imkanımız yoxdur. Bildiyiniz kimi QHT-lər layihələr çərçivəsində keçirilən tədbirlərin video çəkilişlərini aparır. Həmin video çəkilişlərdən 1-2 dəqiqələrik görüntü təqdim etdikləri halda, təşkilatın fəaliyyətini xəbərlər blokunda işıqlandırılması mümkün olacaq. Hər bir QHT qeyd olunan məlumatları bizə təqdim etməklə bu imkandan yararlana bilər.”


Eyni zamanda layihə çərçivəsində vətəndaş cəmiyyəti ilə bağlı hadisələr və ictimai əhəmiyyətli məsələlər ilə bağlı 10 reportajın da hazırlanması nəzərdə tutulub.

Hazırlanmış xəbərlər, müsahibələr və reportajlar QHT TV –nin internet səhifəsi (www.qhttv.az), QHT.az saytı, QHT TV–nin youtube kanalı və digər sosial şəbəkələrdə yayımlanacaq.

Qeyd edək ki, QHT TV 2017-c ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ““QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində fəaliyyətə başlayıb.

Xəbər 2848 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +