Şıxlinskinin düşməni onun yerini tuta biləcəkmi?
ETX: “Telegram“ da yeni dələduzluq halları müşahidə olunur
Xəzər Universitetinə yeni rektor təyin edildi
Bakı Sağlamlıq Mərkəzində nə baş verir?
Kiyevdə azərbaycanlı ata-oğul güllələndi
“Görüş”də normativ tələblər pozulub
Yanukoviç indi niyə üzə çıxıb? - ŞƏRH
Donald Tramp “həyəcanlı“ açıqlama verəcək
“Azərkosmos“ 32,25 milyon manat zərər edib
Finlandiyada öldürülən azərbaycanlı iki uşaq anası olub


20.05.2019  12:50 

“Nar” gənclərə iş imkanları təklif edir





A+  A-

Gənclərin peşəkar inkişafına hər zaman xüsusi diqqət ayıran “Nar”, Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzi və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin birgə təşəbbüsü ilə mayın 18-də keçirilən “Karyera Günü və İş Yarmarkası”nda iştirak edib.
XəzərNews.az xəbər verir ki, tədbir boyu ölkənin nüfuzlu şirkətlərinin nümayəndələri ilə bilavasitə ünsiyyət qurmaq imkanı əldə edən 200-dən çox tələbə və məzun, eyni zamanda “Azerfon” MMC-də (“Nar” ticarət nişanı) mövcud vakant iş yerləri haqqında məlumat alıblar. “Nar” satış, xüsusi müştərilər, biznesin təhlili üzrə mütəxəssis vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mütəxəssislər tərəfindən aparılan təqdimatlar zamanı gənclərə böyük şirkətlərdə işləməyin üstünlükləri, əmək bazarının real və tələbkar yanları, karyera planlaşdırılması, düzgün rezyume hazırlanması və müsahibə mərhələsinə hazırlıqla bağlı faydalı məlumatlar ötürülüb.

Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 2630 dəfə oxunub.




03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu

02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib


BÜTÜN XƏBƏRLƏR +