“Azəriqaz”ın smart kart problemi hələ də davam edir
Sabahın hava proqnozu açıqlandı
Rusiya FTX azərbaycanlı qadını belə həbs etdi
Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib
Qaxda 13 yaşlı qıza təcavüz olunub?
Abşeronda bir ev 5 nəfərə satılıb
Dövlət bu şəxslərə ev verəcək
İlham Əliyev Qələbə Paradında iştirak edəcək
İrəli, Qarabağ! İrəli, Azərbaycan! - İsrail səfiri
Ryazan-Moskva neft kəmərində partlayış olub


22.08.2025  14:39 

Türkiyədə Zəngəzur dəhlizinin təməli qoyuldu





A+  A-

Cümə günü, avqustun 22-də Türkiyənin şərqindəki İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi) tikintisinə başlanması mərasimi keçirilib.

XəzərNews.az yerli mediaya istinadla xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu mərasim iştirakçıları qarşısında çıxış edib.

İştirakçılar qarşısında çıxış edən Uraloğlu 224 kilometrlik Qars-Naxçıvan dəmir yolunu Türkiyənin regional və qlobal aktorlar ilə əlaqələrinin inkişafı üçün mühüm təkan, Ankaranın geostrateji liderliyinə töhfə adlandırıb.

“Yeni dəmir yolu marşrutunun işə düşməsi ilə Cənubi Qafqazda sülh və inkişafın yeni səhifəsi açılacaq. Biz bütün Avrasiyanın gələcəyinə təsir edəcək bir təşəbbüs həyata keçiririk”, -deyə Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri vurğulayıb.

Uraloğlu Qərblə Şərq arasında təbii körpü olan Türkiyənin geostrateji mövqeyinə diqqət çəkərək ölkənin beynəlxalq əhəmiyyətli logistika, nəqliyyat və ticarət mərkəzinə çevrilməsinə imkan yaradan meqalayihələri sadalayıb. Onun sözlərinə görə, Türkiyə hökuməti son onilliklərdə respublikanın dəmir yolu şəbəkələrinin inkişafına xüsusi diqqət yetirir, dəmir yollarını ölkənin aparıcı limanları və sənaye zonaları ilə birləşdirməyə çalışır. “Son 23 ildə Türkiyənin nəqliyyat sektoruna qoyulmuş 300 milyard dollar sərmayənin 64 milyard dolları dəmir yollarına sərf olunub”, -deyə nazir bildirib.

O əlavə edib: “Bu gün biz təkcə dəmir yolunun tikintisinin başlanması mərasimində iştirak etmirik, həm də Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirən körpünün təməlqoyma mərasiminin canlı şahidləriyik. Bu layihə Pekindən Londona qədər geniş ərazidə sosial-iqtisadi əlaqələrin hərtərəfli inkişafı üçün stimul olacaq”.

Nazir vurğulayıb: “Qars-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində atılan konkret addım və Avrasiyada sülh və əməkdaşlıq üzrə Yol Xəritəsidir”.

Nəqliyyat Nazirliyinin rəhbəri yeni dəmir yolunun Türkiyənin mərkəzi nəqliyyat arteriyalarından birinə çevriləcəyinə əminliyini bildirib. O əlavə edib ki, Zəngəzur dəhlizinin mühüm halqası olan strateji layihənin 4-5 il ərzində başa çatdırılması planlaşdırılır.





Xəbər 972 dəfə oxunub.




28.08.2025  10:57 

Hava limanından 10 minlik oğurluq

27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto

27.08.2025  16:11 

AFFA hansı klubları cərimələdi?

27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi


BÜTÜN XƏBƏRLƏR +