Salyanda kişi keçmiş arvadının başını betonla əzdi
Paşinyan Bakının tələbini qəbul etdi
Rusiyaya dron hücumu edilib
Xocalıda yanğın törədən şəxs müəyyən olunub
Paşinyan: Saziş İran və Rusiya üçün...
Ötən il yetkinlik yaşına çatmayan neçə nəfər abort etdirib?
Türkiyə və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzaladı
Ana ağlayan körpəsinə narkotik vurub öldürdü
İlhamə Elşadqızı yenə həbsdə qaldı
Stomatoloqun fırıldağı ifşa olundu


19.01.2018  14:45 

Tibb dünyasında xərçənglə bağlı YENİLİK





A+  A-

Alimlər tibbin ən böyük hədəflərindən birinə bir addım daha yaxınlaşıb.
XəzərNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Con Hopkins Universitetindəki bir qrup alim xərçəngin 8 fərqli növünü əvvəlcədən aşkar edən bir üsul tapıblar. Hədəfləri xüsusi test yaradaraq xərçəngi daha tez bir zamanda aşkara çıxarmaq və insanların həyatını qurtara bilməkdir.

İngilis mütəxəssislər bunun çox həyəcanverici olduğunu açıqlayıb.

Şişlər mutasiyaya uğramış genlərin və proteinlərin kiçik izlərini qana daşıyırlar.

Yumurtalıq, qaraciyər, mədə, mədəaltı vəzi xərçəngi, ağciyər və süd vəzi xərçəngi izləri olan 1005 xəstədə bu test sınaqdan keçirilib. Xəstələrin 70%-nə dəqiq diaqnoz qoyulub.

Con Hopkins Universitetinin əməkdaşı Kristian Tomasetti BBC-yə açıqlamasında erkən diaqnozun həyati dərəcədə əhəmiyyətli olduğunu, eyni zamanda xərçəngin ölüm faktoru üzərində inanılmaz təsiri ola biləcəyini açıqlayıb.

Xərçəng xəstəliyi nə qədər tez tapılarsa, müalicə etmək o qədər də asan olur.

Mədəaltı vəzi xərçənginin çox az göstəricisi olduğuna görə diaqnoz gec qoyulur və beş xəstədən 4-ü diaqnoz qoyulduğu il vəfat edir. Test hal-hazırda xərçəng diaqnozu qoyulmamış xəstələrdə tətbiq edilir. Nə dərəcədə effektiv olduğunun isə bu testlərin edilməsindən sonra bəlli olacağı gözlənilir.

Daha çox sayda mutasiyaya uğramış DNT-nin və proteinin analiz edilməsi daha geniş bir spektrd’ xərçəng növlərinin aşkarlanmasına imkan yaradacaq. Ancaq hələ də xərçəng diaqnozu qoyulduqdan sonra nə ediləcəyinə dair qeyri-müəyyənlik var.

Xəbər 3042 dəfə oxunub.



14.08.2025  10:34 

Rusiyaya dron hücumu edilib

13.08.2025  13:45 

Sabah hava yağışlı olacaq

13.08.2025  13:15 

Məşhur tiktoker qəzaya düşdü


BÜTÜN XƏBƏRLƏR +