TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


24.05.2021  10:56 

Kolumbiyada hökumət əleyhinə etirazlar davam edir





A+  A-

Kolumbiyada kütləvi antihökumət etirazları 25 gündür ki, davam edir.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, minlərlə nümayişçi ölkənin paytaxtı Boqota ilə yanaşı Medelin, Kali, Bukaramanqa və Valye del Kauka şəhərlərində küçələrə çıxıb.

Medelində nümayişlər gündüz vaxtı dinc şəkildə baş tutsa da, axşam saatlarında iğtişaşlar yaşanıb. Bir qrup maskalı şəxs ticarət mərkəzini qarət etməyə çalışıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 3 mühafizəçi daxil olmaqla 9 nəfər yaralanıb.

Kalidə nümayişçilər əsas yolları bağlayıblar. Polislə qarşıdurmalar yaşanıb. Etirazçılar təhlükəsizlik qüvvələrinə daş və molotof kokteyli atıblar. Polis gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlarda 1 nümayişçi həlak olub, 6 nəfər xəsarət alıb.

Kolumbiyadakı “Voces del Sur” ofisi (Latın Amerikasındakı media qurumlarının hüquqlarında dair araşdırma mərkəzi) bu günə qədər polisin güc tətbiq etməsi nəticəsində 16 jurnalistin yaralandığını açıqlayıb.

Qeyd edək ki, Kolumbiyada vergi islahatlarına qarşı etirazlar 28 apreldə başlayıb.

QHT-nin verdiyi məlumata görə, qiyamlar zamanı bir aya yaxın müddətdə 42 nümayişçi həlak olub, 2 905 nəfər polis zorakılığına, 21 nəfər cinsi təcavüzə məruz qalıb.

1264 nümayişçi nəzarətə alınıb, 1049 polis və 1040 mülki şəxs yaralanıb.

Xəbər 3665 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +