TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


12.12.2019  14:18 

Otellərin ulduzlaşma prosesi necə aparılacaq?





A+  A-

Azərbaycanda otellərə ulduzların verilməsinə start veriləcək.
XəzərNews.az-ın məlumatına görə dekabrın 6-da Azərbaycan Turizm Bürosunda Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən otellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimedilmə mərasimi baş tutub.

Bununla bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Modern.az-a məlumat verib:

“Azərbaycanda otellərə ulduzların verilməsi prosesi Azərbaycan Turizm Bürosunun vasitəsi ilə indi tətbiq edilməyə başlayır. Yəni Azərbaycan Turizm Bürosu indiyə qədər heç bir otelə ulduz verməyib. Sertifikatlaşma prosesi isə 2020-ci ilin birinci rübündən başlayacaq. İlkin mərhələdə Azərbaycan Otellər Assosiasiyasının üzvlüyündə olan 100 otelə ulduzların verilməsi gözlənilir. Əsas meyar ondan ibarətdir ki, ölkədə aparılacaq ulduzlaşma prosesi, Avropada qəbul edilmiş ulduzlaşma prinsiplərinə tam olaraq uyğun olacaq. Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür. Azərbaycan Hotellər Bürosu Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasına üzvdür. Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları Milli Ulduz Təsnifat Sistemi əsasında müəyyənləşdiriləcək”.

Xəbər 3482 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +